Технологии Blogger.
RSS

RİYAZİYYAT



          Riyaziyyat BSQ ( II yarımil). 1-Cİ SİNİF

Şagirdin soyadı  _____________   adı  _____________             Tarix______________


1) Kamilin 7 kitabı və o qədər dəftəri var. Kamilin cəmi neçə kitab və dəftəri var?
a)7     b) 14           c) 10

2) 8, 9, 17ədədlərinə uyğun toplama və çıxmanın qarşılıqlı əlaqəsi hansı sütunda doğru verilmişdir?
a) 8+9=17    b) 8+9=17      c) 8+9=17
    9+8=17       9+8=17         10+7=17
    17-8=9       17-9=8           17-9=8
    18-9=9       17-8=9           17-8=9

3) Şəkildə neçə üçbucaq var?


a) 2           b)3                c)4


4)  16 kq-lıq qarpız, 7 kq-lıq balqabaqdan neçə kq ağırdır?
a) 3 kq                 b) 6 kq        c) 9 kq

5) Bir xəttin uzunluğu 7 sm-dir. Bu xətti 4 sm uzatsan, onun uzunluğu neçə santimetr olar?
a) 10 sm    b) 11 sm                c) 3 sm


6) Otağı bəzəmək üçün 14 şar alındı. Şarlardan 5-i partladı. Neçə şar qaldı?
     a)       14            b) 9         c) 5                

7) 7-nin ikiqatından 3 vahid böyük ədəd hansıdır?
      a) 17         b) 13               c) 14





8) Dondurmanın qiyməti 20 qəpikdir.Azərin 15 qəpik pulu var. Onun dondurma almaq üçün
    neçə qəpik pulu çatmır?
  
 a) 10 qəp               b) 20 qəp c) 5 qəp

9) 1 onluq 3 təkliyi olan ədəd hansıdır?
a) 11                       b) 10               c) 13

10) İlin 3-cü ayı hansıdır?
a) yanvar        b) fevral  c) mart

11) Hansı  misalların cavabı  13-dür?
A) 7+6                          B) 6+8                        C) 6+6

12).9+_____   =16 misalında  boş xanada hansı    ədəd  olmalıdır?
A) 6                               B) 7                           C)  8

13)  ____  +4= 14  misalında boş xanada  hansı  ədəd  olmalıdır?
A)  10                       B) 8                                C) 12

14)  7-i   4  vahid  artırsan, neçə  alınar?
A) 13                        B) 11                            C) 12

15) Rəhimin 8 yaşı  var . Bacısı ondan 4 yaş  böyükdür . Rəhimin  bacısının neçə yaşı var?
      A)  10                  B) 12                       C) 7




                                            















  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 коммент.:

Отправить комментарий